Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Hazırda oxunan: Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

113257

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun təqdimat mərasimini televiziya vasitəsilə təqribən 3 milyard insan izləyib.

Bizim.Media xəbər verir ki, bu barədə portuqaliyalı insayder Pedru Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, tədbiri 40-a yaxın telekanal canlı olaraq işıqlandırıb.

Qeyd edək ki, DÇ-2022-də Argentina və Fransa yığmaları arasında keçirilmiş final matçını 2 milyard insan izləyib. Həmin matçda qalib gələn Cənubi Amerika təmsilçisi tarixində 3-cü dəfə dünya çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO