Ərdoğan azərbaycanlı jurnalist Sevil Nuriyevanı qəbul etdi 

Ərdoğan azərbaycanlı jurnalist Sevil Nuriyevanı qəbul etdi 

Hazırda oxunan: Ərdoğan azərbaycanlı jurnalist Sevil Nuriyevanı qəbul etdi 

1132

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  tanınmış jurnalist  Sevil Nuriyevanı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik (TADİV) Dərnəyinin sədri, professor Aygün Attarla görüşüb. Görüşdə Qarabağ həqiqətləri gündəmə gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. İstanbuldakı Vahdettin köşkündə qəbuldan sonra professor Aygün Attar bildirib ki, səmimi atmosfer mühitində keçən görüş zamanı Türkiyə Prezidenti ölkəsinin Azərbaycana mənəvi dəstək göstərilməsi məsələsində qətiyyətli olduğunu və güclü həmrəyliyini bir daha təsdiqləyib. Sevil Nuriyeva qeyd edib ki, Türkiyənin Azərbaycana dəstəyi savaş içində olan ölkəmizdəki psixoloji duruma müsbət təsir edir.

Jurnalist xüsusilə, Türkiyə rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iki ölkənin media platformasının ortaq fəaliyyəti barədə aldıqları güclü qərara diqqəti cəlb edib.

Azərbaycanın haqq davasına qarşı Qərb dünyasında tətbiq olunan media embarqosunun Türkiyə sayəsində ortadan qalxdığı bildirilib.

Görüşdə Prezidentin sözçüsü İbrahim Kalın və İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO