Bakıda meyitləri tapılan 4 nəfər bazarda işləyirmiş – Olay yerindən VİDEO

Bakıda meyitləri tapılan 4 nəfər bazarda işləyirmiş – Olay yerindən VİDEO

Hazırda oxunan: Bakıda meyitləri tapılan 4 nəfər bazarda işləyirmiş – Olay yerindən VİDEO

113175

Xəbər verildiyi kimi, Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb. 

Hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb. 

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir. Qonşuların bildirdiyinə görə kirayədə yaşayan şəxslər yaxınlqdakı bazarda işləyirlərmiş.

Bizim.Media xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu paytaxtın Nərimanov rayonunda 4 nəfərin meyitinin aşkarlandığı əraziyə yollanıb. 

Ölənlərin hamısı kişidir. Hazırda meyitlər evdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilir. Ölənlərin kimliyi məlum deyil.

Hadisə yerindən canlı yayımı təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO