Almaniya ötən il Ukraynaya 12 milyard avrodan çox yardım edib

Almaniya ötən il Ukraynaya 12 milyard avrodan çox yardım edib

Hazırda oxunan: Almaniya ötən il Ukraynaya 12 milyard avrodan çox yardım edib

113109

Ötən ilin fevralın 24-dən, müharibə başlayandan Ukrayna Almaniyadan 12 milyard avrodan çox yardım alıb.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu Almaniya Federal Hökumətinin sözçüsü Volfqanq Büçner deyib.

O, qeyd edib ki, hərbi dəstək haqqında məlumat Federal Hökumətin saytında açıqlanır.

Onun sözlərinə görə, Almaniya Ukraynanı lazım olan silahlarla təmin edir. “Bu isə ona cəbhədə kömək edir. Lakin Almaniya bunu elə edir ki, həm ölkəsi, həm də NATO müharibədə tərəfə çevrilməsin. Berlin bu prinsipə riayət edəcək”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO