Yeni il hədiyyələri üçün istehsal edilmiş milyonlarla polietilen torbanın üzərindəki “dovşan” ifadəsində yalnışlığa yol verilib.
Bununla bağlı özünün “Facebook” hesabında Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov paylaşım edib. O, uşaqların beyninə yeridilən bu yalnışlığı sərt tənqid edib:
“Təhsilimizin torbası belə tikilir. Uşaqların beyninə yeridilən “dooşan”...
Müəllim yazıq neyləsin ki, uşaq bu heyvanın adını “dovşan” kimi yadında saxlasın? İçində hədiyyə gələn, üzərində şəkli olan heyvanın adı hafizədə “dooşan” kimi kodlaşdı. Bu artıq sadəcə səhv deyil. Dilimizi qabağına qoyub ağlayan lazımdır”, - deyə o, qeyd edib.
Qeyd edək ki, AMEA-nın Dilçilik İnstitutunda bu günlərdə keçirilən müzakirələr zamanı “dovşan” sözünün “doşan”, “dofşan” kimi yazılması və səslənməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
İnstitutun bu müzakirəsinin özü ciddi rezonans doğurub və qınaq obyektinə çevrilib. Hətta akademik səviyyədə belə bəsit müzakirələrin aparılması sərt tənqid edilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 04.01.2023
Yeni il hədiyyə torbalarının üzərində “DOOŞAN?” – “Akademik” məsələ yenə TƏNQİD olundu
Hazırda oxunan: Yeni il hədiyyə torbalarının üzərində “DOOŞAN?” – “Akademik” məsələ yenə TƏNQİD olundu
Hazırda oxunan: Yeni il hədiyyə torbalarının üzərində “DOOŞAN?” – “Akademik” məsələ yenə TƏNQİD olundu
113025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.