Amerikalı professor İvan Şihan: “Ermənistan öz tələsinə düşüb?”

Amerikalı professor İvan Şihan: “Ermənistan öz tələsinə düşüb?”

Hazırda oxunan: Amerikalı professor İvan Şihan: “Ermənistan öz tələsinə düşüb?”

1130

ABŞ-da Dağlıq Qarabağ münaqişəsində Ermənistanın strateji xətaları ilə bağlı məqalə yayımlanıb.

Bizim.Media Amerikanın nüfuzlu media holdinqi olan Townhall-a istinadən xəbər verir ki, məqalənin müəllifi Baltimor Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət məktəbinin professoru İvan Şasa Şihandır.

“Ermənistan: Öz tələsinə düşdü?” başlıqlı məqalədə müəllif Ermənistanın kövrək iqtisadiyyatı ölkənin potensialının gerçəkləşməsinə mane olub və gələcək inkişafını əngəlləyib. Müəllif bunun əsas səbəbini Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olaraq qiymətləndirir.

İşğal olunmuş torpaqlar Ermənistan üçün böyük xərclərə başa gəlib və bu müddət ərzində bütün qazancı öz iqtisadiyyatını inkişaf etdirmək əvəzinə işğal altında olan torpaqlara vəsait qoyulmasına xərclənib. Nəticədə onsuz da zəif olan Ermənistan iqtisadiyyatı daha da pis vəziyyətə düşüb.


Ermənistanla müqayisədə Azərbaycan üçün keçən zaman daha məhsuldar olub. Bu müddət Azərbaycana öz iqtisadiyyatını bərpa etməyə, silahlı qüvvələrini modernləşdirməyə və neft, qaz ehtiyatlarından bəhrələnməyə imkan verib. Nəticədə iki ölkə arasında iqtisadi inkişaf göstəriciləri baxımından ciddi uçurum meydana gəlib.

Müəllifin fikrincə, Ermənistan iş və sərmayə müqabilində işğal altındakı torpaqların azad edilməsini təmin edə bilərdi. Lakin bunun yerinə Ermənistan daha asan yol olan hücum taktikasını mənimsəyib. Bu da  keçən zaman beynəlxalq hüququn işə yaramadığına, danışıqların əhəmiyyətsiz olmasına, Azərbaycan tərəfinin öz ərazilərini güc yolu ilə geri qaytarmasına zəmin hazırlayıb.

Müəllifin fikrincə, bütün danışıqlar prosesi ərzində Ermənistanın əsas mövqeyi daha çox vaxt qazanmaq və ayaqda qalmaq idi. Ermənistan sadəcə işğal amilinin verdiyi üstünlüyə arxalanmış, hüququn aliliyinin müharibədə qalib gələn tərəfin hegemonluğu tərəfindən basdırılacağını və beynəlxalq ictimaiyyətin də tədricən bunu qəbul edəcəyini düşünürdü. Bu cür davranmaqla Ermənistan öz qurduğu tələyə düşmüş oldu.

Professor İvan Şihan - Qlobal terrorizm, terrorla mübarizə, ABŞ xarici siyasəti və beynəlxalq münaqişələrin idarə olunması sahəsində tanınmış mütəxəssisdir.

Rəvan Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO