Balakəndə 16 min manatlıq ağac KƏSİLDİ 

Balakəndə 16 min manatlıq ağac KƏSİLDİ 

Hazırda oxunan: Balakəndə 16 min manatlıq ağac KƏSİLDİ 

112994

Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının qanunsuz kəsilməsi barədə rayon hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar araşdırılır.  

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli Ekologiya idarəsindən məlumat verilib.

Qeyd olunur ki, daxil olan məlumat əsasında Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb.

Nəticədə məlum olub ki, Qazma kənd sakini Kamal Xəlilov kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayev isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurublar.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə-red) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO