Türkiyədə yaşayıb orada modellik karyerasını uğurla davam etdirən Günay Musayeva dostları ilə birlikdə yeni il tətilinə, Kolumbiyaya yollanıb.
Bizim.Media xəbər verir ki, Kolumbiyanın port şəhəri Kartahenanı qarış-qarış gəzib-dolaşan model oranın zəngin mətbəxinin dadına baxıb və şən, dinamik musiqilərinin sədaları altında rəqs edib.
Musayeva kiçik, ayaqüstü alış-veriş üçün yerli mağazaların birinə də baş çəkib. Həmin anları isə Günel sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Diqqət çəkən məqam isə modelin oğlu Cahangiri özü ilə tətilə aparmaması olub.
Rəşad Əliyev, Bizim.Media