Mətanət özü-özünü İNKAR ETDİ:

Mətanət özü-özünü İNKAR ETDİ: "Gözlərimin altını və üstünü əməliyyat etdirmişəm" - VİDEO

Hazırda oxunan: Mətanət özü-özünü İNKAR ETDİ: "Gözlərimin altını və üstünü əməliyyat etdirmişəm" - VİDEO

112973

"Heç zaman plastik əməliyyat etdirməmişəm. Amma çoxları etdirdiyimi söyləyir. Hər zaman da iradəm, idman və pəhrizlə 30-35 kiloqram çəkiyə qədər arıqlamışam. Almaniyadan gələn dietoloqum olub. Amma özümü saxlaya bilməmişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Əvvəlcə heç bir əməliyyat keçirmədiyini söyləyən sənətçi daha sonra illər əvvəl "blefaroplastika" əməliyyatını etdirdiyini açıqlayıb:

"İlk dəfə gözümün altını və üstünü cərrahlardan birinə əməliyyat etdirmişəm. Bir mahnım var, "Sevdirə bilmədim özümə sənə". Bax bu nəğmənin altında lokal anesteziya ilə əməliyyat olundum. Yəni söhbət edə-edə, zarafatlaşaraq əməliyyat olundum.
Bundan sonra əməliyyatlardan qorxmuram. Amma arıqlamaq üçün aylar əvvəl mədəkiçiltmə əməliyyat keçirmişəm. Sağlıq olsun yaxın vaxtlarda mən də plastik əməliyyat etdirəcəyəm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO