“Azərbaycanda turizm sənayesi turistləri qəbul edir. Daxili turizm artıq başlayıb. Sərt karantin rejimi yumşaldılandan, şəhər və rayonlar arasında gediş-gəliş bərpa ediləndən sonra faktiki olaraq daxili turizm bərpa olunub”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə səsləndirdi.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda turizm marşrutları qurulacaq – Dövlət Turizm Agentliyi açıqladı
Onun sözlərinə görə, Azərbaycanda turistlərin ölkədaxili qəbulu var.
Agentliyin mətbuat katibi istirahət üçün ölkədən xaricə və əncəbi turistlərin Azərbaycana gəlməsinə də münasibət bildirib:
“Bununla bağlı müvafiq strukturların qərarı olsa, getmə-gəlmə turizmi bərpa oluna bilər. Çünki sərhədkeçmə və karantin məsələləri var.
Xarici ölkələrlə turizm gediş-gəlişinin bərpa tarixi hələki məlum deyil. Müvafiq qərarlar gözlənilir.
Turizm şirkətləri, otellər, yəni ki, yerləşdirmə obyektləri həm daxili, həm də xarici turistləri qəbul etməyə hazırdır”, - deyə Kənan Quluzadə cavabını tamamladı.
Anar Rəhimov, Bizim.Media