Bəzi Avropa ölkələrində koronavirusa görə Milad yarmarkası keçirilməyəcək

Bəzi Avropa ölkələrində koronavirusa görə Milad yarmarkası keçirilməyəcək

Hazırda oxunan: Bəzi Avropa ölkələrində koronavirusa görə Milad yarmarkası keçirilməyəcək

1129

Bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi COVİD-19 pandemiyasının ikinci dalğası səbəbindən ənənəvi Milad yarmarkalarını ləğv edib.

Bizim.Media NSN-yə istinadən xəbər verir ki, Fransanın Strasburqdakı ən populyar milli yarmarkalarından biri bu il açılmayacaq. Bununla yanaşı, yeni il ab-havası yaradılacaq və Kleber mərkəzi meydanında Milad ağacı quraşdırılacaq.

Almaniyanın paytaxtında da ənənəvi Milad tədbirlərindən imtina edilməsinə qərar verilib. İrlandiyada virusun yayılmasının qarşısını almaq üçün artıq bir sıra məhdudiyyətlər tətbiq edilib.

Şotlandiyada da Milad tətilində məhdudiyyətlər tətbiq olunacaq. Səhiyyə müşaviri Ceyson Litç koronavirus səbəbilə Milad bayramını onlayn keçirməyi tövsiyə edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO