Ukrayna Silahlı Qüvvələri müharibə ilə bağlı bu günədək olan HESABATI VERDİ 

Ukrayna Silahlı Qüvvələri müharibə ilə bağlı bu günədək olan HESABATI VERDİ 

Hazırda oxunan: Ukrayna Silahlı Qüvvələri müharibə ilə bağlı bu günədək olan HESABATI VERDİ 

112864

“Ukrayna fevralın 24-dən sonra işğal olunan ərazilərinin 40 %-ni azad edib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilin yekunlarına dair özünün “Telegram” kanalında məlumat verib. 

O bildirib ki, müharibə başlayan etibarən Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən 40 min kvadratkilometr ərazini azad edib:  

“Bu, Krım da daxil olmaqla, Rusiya qüvvələrinin işğal etdiyi bütün ərazilərin 28 %-ni təşkil edir. 
Ukrayna Ordusu 1 500 km-lik aktiv cəbhə xətti də daxil olmaqla 3 786 kilometrlik quruda düşmənin qarşısını alır. Bundan başqa, 2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələri 100 mindən çox Rusiya hərbçisini, 3 min tankı, 6 min zirehli texnikasını, 2 min artilleriya sistemini, 420 reaktiv yaylım atəş sistemini, 300-ə yaxın döyüş təyyarəsini və 270 helikopteri məhv edib. 

Həmçinin döyüş bölgələrindən 600 mindən çox insan təxliyə edilib, mindən çox ağır yaralı müalicə olunmaq üçün Qərb ölkələrinə göndərilib”. 

Zalujnı bildirib ki, Ukrayna hərbçilərinin təlimi 17 Avropa ölkəsinin ərazisində həyata keçirilir.

Ukraynanın Qərb müttəfiqlərinin dəstəyi sayəsində 20 min hərbçi təlimdən keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO