“Jovoxurd” qəzeti: “Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı var”

“Jovoxurd” qəzeti: “Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı var”

Hazırda oxunan: “Jovoxurd” qəzeti: “Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı var”

1128

Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı ilə bağlı problem getdikcə böyüyür.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatının yaydığı məlumatda bildirilib.

“Jovoxurd” qəzeti artıq ordudakı boşluqlar səbəbindən erməni məhkəmə sisteminin iflic vəziyyətə düşməsindən yazıb.

Məqalədə qeyd olunub ki, hazırda məhkəmə sistemində müəyyən arzuolunmaz proseslər gedir: “Bu günlərdə hərbi vəziyyət səbəbiylə bir çox məhkəmə iclasları təxirə salınıb. Məhkəmə iclaslarının hərbi vəziyyətlə nə əlaqəsi var? Əldə etdiyimiz məlumata görə, işlər məhkəmələrdəki kadr problemləri səbəbindən təxirə salınır”.

Qəzet daha sonra yazıb ki, penitensiar xidmət işçilərinin çoxunun son günlər cəbhə xəttində olması səbəbindən ayrı-ayrı cinayətlər üzrə saxlanılan vətəndaşlar məhkəməyə aparılmır. Hakimlərin məhkəmə iclaslarını tez-tez təxirə salmaqdan başqa yolu qalmır. Məqalənin sonunda Qarabağda başlanan müharibəyə görə ölkədə səfərbərlik elan olunması xatırladılır və qeyd edilir ki, döyüşlərə könüllü şəkildə qatılanların bir çoxu məhz məhkəmə orqanlarında çalışanlardır.

Bununla əlaqədar hazırda məhkəmələrdə işçi çatışmır: “Kadr çatışmazlığı məhkəmə sistemində işlərin heç vaxt olmadığı qədər yığılıb qalmasına səbəb olub. Bundan başqa, iş başında olan məhkəmə işçiləri də hazırda ölkədə yaranmış gərgin müharibə səbəbindən cinayət işlərini araşdırmağa belə həvəsli görünmürlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO