“Neftçi”dən ayrilan MBOC “Zirə”yə keçir - ÖZƏL

“Neftçi”dən ayrilan MBOC “Zirə”yə keçir - ÖZƏL

Hazırda oxunan: “Neftçi”dən ayrilan MBOC “Zirə”yə keçir - ÖZƏL

112784

Hələ qış fasiləsi başlamamış “Neftçi”dən ayrılan seneqallı futbolçu Mamadu Mbocun karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərlər var idi.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, futbolçuya “Sumqayıt” və “Səbail” maraq göstərsə də o, “Zirə” ilə razılığa gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sabah” “Real”ın keçmiş futbolçusunu transfer edir - ÖZƏL


Bunun səbəbi mərkəz müdafiəçisinin ödənişli futbolçu olmasıdır. 

“Zirə” isə Mbocun istədiyi məbləği ödəməyə razı olub. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Qeyd edək ki, Mamadu Mboc 2019-cu ildə “Jalgiris” klubundan “Neftçi”yə keçmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO