Teymur Rəcəbov: “Şahmat daha sürətli olmalıdır”

Teymur Rəcəbov: “Şahmat daha sürətli olmalıdır”

Hazırda oxunan: Teymur Rəcəbov: “Şahmat daha sürətli olmalıdır”

112753

Şahmatın klassik növü öz baxımlılığını itirir, məhz buna görə də sürətli şahmata keçmək lazımdır.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın TASS agentliyinə verdiyi açıqlamada Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

T.Rəcəbov bildirib ki, mən çox yerdə oynamışam və müxtəlif turnirlərin qalibi olmuşam. Lakin kommersiya xarakterli klassik turnirlər artıq öz baxımlılığını itirir. Mənə daha çox dünya çempionu ola biləcəyim turnirlər, dünya kuboku və ya Olimpiya medalları qazana biləcəyim yarışlar maraqlıdır. Məhz buna görə də bundan sonra diqqətimi yalnız bu turnirlərə ayıracağam.

Bundan əlavə düşünürəm ki, şahmat daha sürətli olmalıdır.

Şahmatçı 2019-cu ildə dünya kuboku yarışının qalibi olub və yığmamızın heyətində 3 dəfə Avropa çempionu adını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO