Cənubi Koreya Şimali Koreyaya xəbərdarlıq etdi

Cənubi Koreya Şimali Koreyaya xəbərdarlıq etdi

Hazırda oxunan: Cənubi Koreya Şimali Koreyaya xəbərdarlıq etdi

112723

Nüvə silahından istifadə etmək cəhdi “rejimin süqutuna” gətirib çıxaracaq.

Bizim.Media “Renxap” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlığı Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyaya edib.

Seul Şimali Koreya lideri Kim Çen Inın ölkənin nüvə arsenalını artırmaq çağırışına belə cavab verib.

"Biz ciddi şəkildə xəbərdarlıq edirik ki, Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, bu, Kim Çen In rejiminin süqutuna səbəb olacaq", deyə mənbə qeyd edib.

Departament KXDR-i müharibəyə başlamağa hazır olmaqda ittiham edib və Şimali Koreya xalqının həyat şəraitini yaxşılaşdırmaq üçün nüvə inkişafını dayandırmağı və nüvəsizləşdirmə yoluna qayıtmağı tövsiyə edib.
Daha əvvəl “Reuters” Şimali Koreya mətbuatına istinadən xəbər vermişdi ki, Şimali Koreya lideri Kim Çen In yeni qitələrarası ballistik raketlərin hazırlanması və taktiki nüvə silahlarının kütləvi istehsalına başlanılması barədə göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO