Oğuzda polis əməkdaşlarından humanist addım - FOTO

Oğuzda polis əməkdaşlarından humanist addım - FOTO

Hazırda oxunan: Oğuzda polis əməkdaşlarından humanist addım - FOTO

112670

Oğuz rayon polis şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələrinin üzvlərini və aztəminatlı vətəndaşları ziyarət edib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan asayiş keşikçiləri onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb.

Bayram münasibətilə ailələri təbrik edən polis əməkdaşları gətirdikləri sovqatları onlara təqdim ediblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO