Elnur Hüseynov bağçada tərbiyəçisini PƏRT EDİBMİŞ - VİDEO 

Elnur Hüseynov bağçada tərbiyəçisini PƏRT EDİBMİŞ - VİDEO 

Hazırda oxunan: Elnur Hüseynov bağçada tərbiyəçisini PƏRT EDİBMİŞ - VİDEO 

112631

Azərbaycanı 2008-ci və 2015-cı illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş və “O səs Türkiyə” müsabiqəsinin qalibi olmuş müğənni Elnur Hüseynovun Yeni İl ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi "Nargiz" dərgisinə videomüsahibəsində uşaq yaşlarında bağçada "Şaxta Baba" obrazına girmiş tərbiyəçilərini hərəkəti ilə pərt etdiyini dilə gətirib.

"Şaxta Baba ilə bağlı bir hekayəm var. Türkmənistanda doğulmuşam. Atam hərbiçi idi. Anam isə hərbiçilərin uşaqları üçün nəzərdə tutulan uşaq bağçasında çalışırdı. O, musiqi rəhbəri idi. Anam hər zaman müxtəlif tədbirlər keçirirdi.
Onlardan da biri Yeni İl şənliyi idi. Kiçik yaşlarında olanda, heç zaman normal yatmağı sevmirdim. Qalina Fyodorovna adlı tərbiyəçim var idi. Onunla yola getmirdim. Onunla hər zaman pis münasibətlərimiz var idi.

Hətta o qədər pis ki, onu nə zaman görürdümsə, ağlayırdım. Anama o qadını sevmədiyimi deyirdim. Belə alındı, nə edə bilərsən ki? Hamı bir-birini sevmək məcburiyyətində deyil. Günün bir günü Yeni İldə səhər vaxtı hamımız oturmuşduq, hamımız bəzəkli geyinmişdik, boğazımızda bant, qalstuk da vardı.

Şaxta Babanı Qar qızı ilə birgə çağırmağa başladıq. Bizim səsimizi eşidən Şaxta Baba bizə sarı gəldi. Şaxta Baba obrazında isə tərbiyəçim Qalina Fyodorovna idi. O qadını mən ömrümün sonuna kimi yaddaşıma həkk etmişəm.

O, içəri daxil olan zaman "Xoş gördük sizlə əziz uşaqlar. Yeni iliniz mübarək!" söylədi. Onu görən kimi isə üz rəngim ağardı. Başladım qışqırıb, ağlamağa. Ona barmağımla göstərərək söylədim ki, "Bu Şaxta Baba deyil, bu tərbiyəçimiz Qalina Fyodorovnadır".

Belə etməklə bütün valideynləri və uşaqları qorxuzdum. Uşaqlar ağlamağa başladılar. Beləcə, bütün tədbiri korladım. Bu həkayənin bir məntiqi var: "Şaxta Baba yoxdur!" (gülür)", - deyə Elnur Həsənov bildirib.
Qeyd edək ki, Elnur Hüseynov Vətəni tərk edərək, uzun müddətdir Türkiyənin İzmir şəhərinə köçüb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO