Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB - FOTO

Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB - FOTO

11244

Bakıda itkin düşən gənc oğlan tapılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2005-ci il təvəllüdlü Elcan Dəmirov tapılaraq ailəsinə təhvil verilib.


***

Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya  verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb. 

Evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub.

Boyu təxminən 160-165 sm., sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var. 

Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO