İtkin düşmüş 14 HİNDARXLI – Xatirə lövhəsinin açılışı oldu - FOTO

İtkin düşmüş 14 HİNDARXLI – Xatirə lövhəsinin açılışı oldu - FOTO

Hazırda oxunan: İtkin düşmüş 14 HİNDARXLI – Xatirə lövhəsinin açılışı oldu - FOTO

112408

Ağcabədi rayonunun Hindarx qəsəbəsində 1994-cü il yanvar ayının 4-də Füzuli-Xocavənd ətrafında gedən döyüşlərdə itkin düşmüş Ramiz Saday oğlu Məmmədovun xatirə kompleksinin açılışı olub. 

Bu barədə məlumatı Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Qaraş Əliyev adına 3 saylı tam orta məktəbin müəllimi Gülsüm Məmmədova Bizim.Media-ya verib.

Onun sözlərinə görə, Ramiz Məmmədov 1994-cü il yanvar ayının 4-də Əmralılar döyüşü zamanı itkin düşən 14 Hindarx qəsəbə sakinindən biridir. 

Açılış mərasimində şəhid Ramizin ailə üzvləri, digər şəhid ailələri, ziyalılar, məktəblilər və yerli icra nümayəndəliyinin əməkdaşları iştirak edib. Ramiz Məmmədovun və yoldaşlarının xatirəsi hörmətlə anılıb.
Hindarx qəsəbəsində itkin düşmüş və şəhid statusu verilmiş səhidlərin hər birinə yerli qurumlar tərəfindən yer ayrılıb və ailə üzvləri tərəfindən xatirə kompleksi ucaldılıb. 
Ümumilikdə, Hindarx qəsəbəsi Qarabağ münaqişəsində 41 şəhid verib.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO