ABŞ institutu:

ABŞ institutu: "İran Rusiyadan "Su-35" qırıcıları alıb"

Hazırda oxunan: ABŞ institutu: "İran Rusiyadan "Su-35" qırıcıları alıb"

112397

“İran rejiminin Rusiyadan "Su-35" qırıcıları aldığı bildirilir. Daha əvvəl “The Times of Israel” qəzeti Qərb kəşfiyyat rəsmilərinə istinadən Rusiyanın yaxın gələcəkdə İrana 24-ə qədər "Su-35" döyüş təyyarəsi verməyə hazırlaşdığını yazmışdı”. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, İran Rusiyadan aldığı qırıcıları İsfahan əyalətindəki 8-ci Şəkəri bazasında yerləşdirəcək:

“ABŞ kəşfiyyatının rəsmiləri bundan əvvəl, dekabrın 17-də Rusiya-İran əlaqələrinin gücləndirilməsi barədə xəbərdarlıq etmişdilər. 

Rusiyanın "Su-35" qırıcıları dördüncü nəsil təyyarələrdir. Həmin texnikalar İsrail, Səudiyyə Ərəbistanı və digər regional düşmənlər üçün məhdud təhlükə yaradır. Bununla belə, Tehran onları İraq və Suriyada SEPAH və İranın digər silahlı dəstələrinin heyətinə dəstək vermək üçün istifadə edə bilər. İranlılar İraq və Suriyadakı fəalliyətə dəstək vermək üçün çoxdan Rusiya döyüş təyyarələrini axtarırdılar”. 

Amerikalı ekspertlər hesab edirlər ki, İran Prezidenti İbrahim Rəisinin Mərkəzi Bankın sədrini dəyişməsi, çox güman, rejimin İran rialının son aylarda dəyər itirməsindən artan narahatlığının təzahürüdür.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO