PSJ Fransa çempionatının 16-cı turunun matçında Parisdə "Strasburq"a 2:1 hesabı ilə qalib gəlib.
Bizim.Media xəbər verir ki, Fransa çempionunun qələbə qolunu fransalı hücumçu Kilian Mbappe penaltidən vurub.
PSJ 44 xalla turnir cədvəlinə başçılıq edir.
Qollar: Markinyos, 14, Kilian Mbappe, 90+6 (pen) - Markinyos, 51 (avtoqol)
Neymar 63-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Bizim.Media
