İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Hazırda oxunan: İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

112140

Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, 2022-ci il 31 dekabr, 2023-cü il 01-02-03 yanvar 

Şahdağda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman. Qərb küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacaq. 

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. 

Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. 

Balakən, Şəki, Zaqatala rayonunlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq. 

Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO