Papa XVI Benediktin səhhəti kəskin pisləşdi

Papa XVI Benediktin səhhəti kəskin pisləşdi

Hazırda oxunan: Papa XVI Benediktin səhhəti kəskin pisləşdi

112111

Çərşənbə günü Roma Papası Fransisk sələfi Papa XVI Benediktin çox xəstə olduğunu deyib və dindarlardan təqaüdçü pontifik üçün dua etmələrini xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “apnews.com” saytında yerləşdirilib. 

Fransisk 2013-cü ilin fevralında pontifiklikdən istefa verən və son 600 ildə təqaüdə çıxan ilk Papa kimi tarixə düşən Benediktin sağlamlıq durumu barədə ətraflı məlumat verməyib.

95 yaşlı Benedikt Vatikan ərazisindəki monastırda yaşayır. Papalıqdan sonra o, həyatını dualar və meditasiyaya həsr etdiyindən getdikcə zəifləyib.

“Hamınızdan xahiş etmək istərdim ki, kilsəni sükutla dəstəkləyən Benedikt üçün xüsusi dua edin”, - deyə Fransisk çıxışında bildirib. 

"Sizə xatırladıram ki, o, çox xəstədir" deyə Roma Papası əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO