İranla gərginlik, Qarabağla bağlı SON TƏKLİF – Ceyhun Bayramov daha hansı mətləblərə aydınlıq gətirdi?

İranla gərginlik, Qarabağla bağlı SON TƏKLİF – Ceyhun Bayramov daha hansı mətləblərə aydınlıq gətirdi?

Hazırda oxunan: İranla gərginlik, Qarabağla bağlı SON TƏKLİF – Ceyhun Bayramov daha hansı mətləblərə aydınlıq gətirdi?

112099

Xəbər verdiyimiz kimi, dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair mətbuat konfransı təşkil edib.

Nazir Azərbaycanın 2022-ci ildə yürütdüyü xarici siyasət kursu ilə bağlı bir sıra mühüm detalları açıqlayıb. Ceyhun Bayramovun açıqlamaları Azərbaycanın Ermənistan və İran kimi ölkələrlə münasibətləri ilə bağlı bir sıra məqamları da gün üzünə çıxarıb.

Bizim.Media nazirin çıxışından mühüm məqamları qısa tezislər formasında təqdim edirik:

- Azərbaycan 2022-ci il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlara söykənən praqmatik, müsbət və açıq xarici siyasət həyata keçirib.

- Azərbaycanın Aİ ilə əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni ikitərəfli saziş üzrə danışıqlar aparılır. Danışıqların bir sıra nəticələri var.

- 2022-ci ildə Azərbaycanın beynəlxalq enerji təminatı və tranzit daşımalarda rolu artıb

- Bu il ərzində, 30 milyon manatdan artıq humanitar yardım təkcə dövlət institutları tərəfindən Ukraynaya göndərilib.

- Aparılan danışıqlara baxmayaraq, Azərbaycan-Ermənistan danışıqlarında əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

- Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi elə onun özünə ziyan vuracaq. Ermənistan bunu nə qədər tez anlayarsa, sırf öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirərsə, ilk növbədə özü üçün yaxşı olar.

- 2023-cü ilin əvvəlindən tərəfimizdən Azərbaycanın Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərinin qanunsuz istismarına qarşı yeni iddialar irəli sürüləcək.
- Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağda yataqların monitorinqinin baş tutmamasına gəlincə, bildirilib ki, buna yerli əhali mane olub. Bu, özünü yerli qurumların rəhbəri elan etmiş şəxslərin təxribatı idi. Bu, yolverilməzdir, qurama bir işdir.

- Erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını Ermənistan təmin etməlidir. Bu, Ermənistanın öhdəliyidir.

- Ləkəli keçmişi olan şəxs (Ruben Vardanyan) bölgəyə göndərilir, Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır. Vardanyanın axtarışa verilməsi də istisna deyil.

- Rusiyanın Qarabağın statusu məsələsinin gələcək illərə qalması təklifi qəbuledilməzdir.

- Rusiya sülhməramlı kontingentin gündəlik fəaliyyəti ilə bağlı isə hər hansı sənəd yoxdur.

- Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var. Mən vəziyyəti çox dramatikləşdirmək istəməzdim. İqtisadi sahədə əldə olunmuş razılaşmalar icra olunur.

- Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları olub.

- Avropa İttifaqının Ermənistana göndərdiyi missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır.

- Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO