Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Hazırda oxunan: Sabahın hava proqnozu açıqlanıb

112087

Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. 

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO