2023-cü ildə Azərbaycanda Biznes İnkişaf Fondunun ərsəyə gətirilməsini hədəfləmişik.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib.
"Biz Azərbaycan iqtisadiyyatının, KOB-ların tələblərini nəzərə alaraq biz bir sıra yeni maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı gələn ilin birinci rübündə ixtisaslaşmış təqdimat keçirəcəyik. Burada həm qrant xarakteri daşıyan alətləri, həm də dayanıqlı alətlərin təqdim edilməsini nəzərdə tuturuq", - deyə nazir vurğulayıb.
Bizim.Media