Antidopinqlə bağlı 7 qayda pozuntusu aşkar edildi – FOTO

Antidopinqlə bağlı 7 qayda pozuntusu aşkar edildi – FOTO

Hazırda oxunan: Antidopinqlə bağlı 7 qayda pozuntusu aşkar edildi – FOTO

111906

Azərbaycan Milli ANTİDOPİNQ Agentliyi (AMADA) ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, qurumun rəhbəri Şəfəq Hüseynli bildirib ki, bu il  idmançılardan ümumilikdə 1456 test götürülüb.

Bunlardan 770-i yarış vaxtı, 686-sı isə yarışdan kənar müddətdə götürulüb. 2022-ci ildə antidopinqlə bağlı 7 qayda pozuntusu müəyyən olunub.

Bu hallarla bağlı artıq sanksiya qərarı qəbul edilib. Bunlardan 2-si boks, 2-si ağır atletika, güləş, karate və kikboksinq növləri üzrə hər birində 1 ANTİDOPİNQ pozuntusu müəyyən olunaraq sanksiya qəbul edilib.
Şəfəq Hüseynli agentliyin beynəlxalq səviyyədə də ciddi uğurların qazanıldığını, təmiz idmanın təşviqi məqsədilə Avropa Surasının ANTİDOPİNQ Konvensiyasının Monitorinq Qrupunda və digər təşkilatların layihələrində ölkəmizi təmsil edir. Agentlik xüsusilə idmançiların maarifləndirilməsini vacib sayır və bununla bağlı ölkəmizin bir çox idman klubları ilə sıx əməkdaşlıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO