“İndi hər birimiz Qərbi azərbaycanlı olmalıyıq” – Komitə sədrindən ÇAĞIRIŞ 

“İndi hər birimiz Qərbi azərbaycanlı olmalıyıq” – Komitə sədrindən ÇAĞIRIŞ 

Hazırda oxunan: “İndi hər birimiz Qərbi azərbaycanlı olmalıyıq” – Komitə sədrindən ÇAĞIRIŞ 

111857

“Cənab Prezidentin doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak edib, İcmanın nümayəndələri ilə görüşməsi və Qərbi Azərbaycanla bağlı fikirlər səsləndirməsi yeni konsepsiyanın ilk addımıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev səsləndirib.

“Bu məsələdə hər birimiz əlimizi daşın altına qoymalıyıq. Hesab edirəm ki, diplomatik fəaliyyətimizdə və qanunvericilik planında bu istiqamədə işlərimizi görməliyik. Nə qədər ki, Qarabağ işğalda idi, hamımız qarabağlı idik. İndi isə hər birimiz Qərbi azərbaycanlı olmalıyıq”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO