Britaniyalı nazir Milli Məclisin sədri ilə görüşdü - YENİLƏNİB

Britaniyalı nazir Milli Məclisin sədri ilə görüşdü - YENİLƏNİB

Hazırda oxunan: Britaniyalı nazir Milli Məclisin sədri ilə görüşdü - YENİLƏNİB

11183

Fevralın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Dövlət naziri Vendi Morton ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  məlumat verilib.

Məlumata görə, spiker bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələr yüksək səviyyədədir. 

Sədr diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərin inkişafına böyük töhfələr verib.

S.Qafarova bildirib ki, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz təsirini göstərib:

“Bu gün ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. O cümlədən, Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyəti geniş ictimaiyyətə yaxşı məlumdur”.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton Azərbaycana ilk səfərinin təəssüratlarını bölüşüb.

Xanım Vendi Morton Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

***

Azərbaycanda səfərdə olan Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton bu gün Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşüb.

Bizim.Media-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün “Twitter” hesabında yazıb.

MÖVZU İLƏ BAĞLI:

Britaniyanın dövlət naziri qadın sığınacağında oldu


Səfir yazıb ki, İstanbul Konvensiyasının imzalanması qadınları məişət zorakılığından qorumağa kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO