Təbriz yaxınlığında zavodda PARTLAYIŞ - 50 yaralı var - FOTO

Təbriz yaxınlığında zavodda PARTLAYIŞ - 50 yaralı var - FOTO

Hazırda oxunan: Təbriz yaxınlığında zavodda PARTLAYIŞ - 50 yaralı var - FOTO

111739

Bu gün yerli vaxtla 12:42-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri yaxınlığında Azərşəhr şəhərində boya zavodunda partlayış baş verib.

Bizim.Media xəbər  verir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Həmid Münəccim deyib.

H.Münəccimin sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində təxminən 50 nəfər yaralanıb, yaralılardan 10-nun vəziyyəti ağırdır.
Münəccim əlavə edib ki, zavodda yanğınsöndürmə əməliyyatı davam edir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO