Ruben Vardanyan erməniləri Xankəndidə mitinqə çağırdı

Ruben Vardanyan erməniləri Xankəndidə mitinqə çağırdı

Hazırda oxunan: Ruben Vardanyan erməniləri Xankəndidə mitinqə çağırdı

111550

Separatçıların “dövlət naziri” Ruben Vardanyan Xankəndidə müvəqqəti yaşayan erməniləri şəhər mərkəzində keçiriləcək mitinqə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə videomüraciət edib. 

Yeri gəlmişkən, saat 14:00-da Xankəndidə böyük mitinq planlaşdırılır. Onlar yolun açılması üçün sülhməramlıların Şuşa yaxınlığındakı postuna yaxınlaşmağa növbəti dəfə cəhd edəcəklər.

Qeyd edək ki, eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda aksiyası 14 gündür davam edir.

Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO