Məcburi köçkünlərin yataqxanasında yanğın baş verdi - Bir nəfər yandı

Məcburi köçkünlərin yataqxanasında yanğın baş verdi - Bir nəfər yandı

Hazırda oxunan: Məcburi köçkünlərin yataqxanasında yanğın baş verdi - Bir nəfər yandı

11145

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansard tipli yataqxanada yanğın olub.

Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO