Sülhməramlıların müşayəti ilə Kəlbəcərə humanitar yük çatdırıldı - VİDEO

Sülhməramlıların müşayəti ilə Kəlbəcərə humanitar yük çatdırıldı - VİDEO

Hazırda oxunan: Sülhməramlıların müşayəti ilə Kəlbəcərə humanitar yük çatdırıldı - VİDEO

11138

Rusiya sülhməramlı kontingenti Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

2400-ə yaxın erməni rusiyalı sülhməramlılardan KÖMƏK İSTƏDİ


Qeyd edilib ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpası üçün Humanitar Yardım Mərkəzinin "KamAZ" markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonnası Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.

Kolonnanın marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO