Lavrovdan QARABAĞ AZƏRBAYCANDIR AÇIQLAMASI - VİDEO

Lavrovdan QARABAĞ AZƏRBAYCANDIR AÇIQLAMASI - VİDEO

Hazırda oxunan: Lavrovdan QARABAĞ AZƏRBAYCANDIR AÇIQLAMASI - VİDEO

111307

“Minalarla bağlı problemi ancaq sülh müqaviləsi imzalamaqla həll etmək olar”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.  

Rusiya XİN başçısı çıxışında Qarabağın Azərbaycanın ərazisi olduğunu da vurğulayıb:

“Qarabağ əzəli olaraq Azərbaycan torpaqlarıdır və Azərbaycan SSR-in tərkibində olanda elə müəssisələr var idi ki, orada azərbaycanlılar çalışırdı, indi, görünür, onlar böyük iş adamlarına çevrilib”.

“Qarabağ problemi Sovet İttifaqının dağılmasından miras qalıb. Sözügedən mədənlər də sovet dövründən işlənib”, - deyə Lavrov qeyd edib. 
 
Rusiya XİN rəhbəri qeyd edib ki, bu hüquqi məsələyə son qoyulmalıdır: 

"Bir neçə həftə əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində ictimai rəyi sakitləşdirmək üçün Qarabağ ərazisindəki şaxtalardan birinə baş çəkmək barədə razılıq əldə olunub. Təəssüf ki, bu razılaşma pozuldu və razılaşma nə Azərbaycan nə də Rusiya tərəfindən pozulmadı". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO