Lavrov Paşinyanın CAVABINI VERDİ 

Lavrov Paşinyanın CAVABINI VERDİ 

Hazırda oxunan: Lavrov Paşinyanın CAVABINI VERDİ 

111291

“Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın “Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir” ittihamına münasibət bildirərkən deyib.

“Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır”, - Lavrov vurğulayıb.
XİN rəhbəri deyib ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO