“Aİ Azərbaycan və başqa ölkələrin təhlükəsizliyini zəmanətə alacaq yeni arxitektura haqda düşünməlidir” - Makron 

“Aİ Azərbaycan və başqa ölkələrin təhlükəsizliyini zəmanətə alacaq yeni arxitektura haqda düşünməlidir” - Makron 

Hazırda oxunan: “Aİ Azərbaycan və başqa ölkələrin təhlükəsizliyini zəmanətə alacaq yeni arxitektura haqda düşünməlidir” - Makron 

111110

Avropa İttifaqı (Aİ) Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistanın təhlükəsizlik və sabitliyini zəmanət altına alacaq yeni arxitektura haqda düşünməlidir. 

Bizim.Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Wall Street Journal”a müsahibəsi zamanı bildirib. 

“Biz ilk növbədə Ukrayna, eyni zamanda Moldova, Ermənistan, Azərbaycan və Gürcüstanın təhlükəsizik və sabitliyini zəmanət altına alan təhlükəsizlik və sabitlik arxitekturası barəsində düşünməliyik. Bu sual gələcəkdə Belarusla bağlı da verilə bilər”, - deyə Makron bildirib. 

Makronun fikrincə, Avropa özünü qorumaq iqtidarında olmalıdır: 

“Avropanın özünü qorumasına ehtiyac var. Avropa ABŞ-dan texnoloji və bacarıq avtonomluğunu qazanmalı və NATO daxilində həqiqi Avropa sütunu yaratmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO