İdarə və nazirliklərə girəndə niyə telefonlarımız alınır? – Ekspert FİKRİ

İdarə və nazirliklərə girəndə niyə telefonlarımız alınır? – Ekspert FİKRİ

Hazırda oxunan: İdarə və nazirliklərə girəndə niyə telefonlarımız alınır? – Ekspert FİKRİ

111085

Dövlət orqanlarının və özəl şirkətlərin inzibati binasına daxil olarkən bir çox hallarda vətəndaşlardan mobil telefonun təhvil verilməsi tələb olunur.

Bu nə dərəcədə qanuna uyğundur?

Məsələyə aydınlıq gətirən tanınmış hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında qanunvericilikdə belə bir qadağanın nəzərdə tutulmadığını söylədi:

“Bunlar əsasən şifahi göstərişlə həyata keçirilir. Qanunla ancaq gizli səs yazılışı qadağandır. Bu şəxsi həyata müdaxilə kimi dəyərləndirilir. Nəzərə alaq ki, bir zamanlar sosial şəbəkələrdə korrupsiya və digər xoşagəlməz faktlarla bağlı tez-tez foto və video materiallar paylaşılırdı.
Ona görə də gizli çəkiliş və səsyazısı qadağan edildi. Gizli səs yazılmasının tam şəkildə qadağan edilməsi məncə düzgün deyil. Bu ancaq şəxsi həyata müdaxilə zamanı düzgündür. Amma hansısa gizli səs yazısı hansısa cinayətin açılmasına və yaxut rüşvət faktının üzə çıxmasına kömək edirsə onda niyə bunu qadağan edirik? Məsələn, hansısa şəxs məhkəməyə özünü müdafiə üçün gizli çəkilmiş video və yaxud audi material təqdim edir. Amma məhkəmə bu faktı qəbul etmir. Bunu qanunla qadağan olunmuş fəaliyyət kimi qiymətləndirir. Bu doğru deyil”.

Hüquqşünas onu da əlavə etdi ki, bu gün əksər məmurlar və şirkət rəhbərləri girişdə telefonların alınmasını tapşırıb:

“Bu qanunsuzluq bəzi rəhbər şəxslərin qorxudan həyata keçirdikləri bir tədbirdir. İnzibati binalara telefonla giriş qadağasını aradan qaldırmaq lazımdır. Birincisi telefon şəxsin özəl əmlakıdır. Onun əlindən alınmsı insan haqlarının məhdudlaşdırılması deməkdir. Üstəlik, telefonu alan şəxslər çox asanlıqla telfonun sahibinin şəxsi bilgilərini oğurlaya bilər. Bu isə ciddi qanun pozuntusudur. Telefonların alınması qapalı məkanlarda normaldır. Hansı ki, orda hərəkət məhdudluğu var”.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Razi Nurullayevin də məsələyə münasibətini öyrəndik. 

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, mən özüm görüşə gedərkən telefonumu maşında və yaxud köməkçimdə saxlayıram:

“Eyni zamanda, seçicilərimi qəbul edərkən onların telefonla içəri girməsində pis heç nə görmürəm. Hər kəsin bu məsələyə fərqli yanaşması var.

Bəzi qurumlar öz daxili qaydalarına uyğun olaraq vətəndaşın telefonla içəri keçməsini qadağan edir. Bu da onunla izah olunur ki, bu xoşagəlməz hadisələrdən sığorta üçün edilir. Amma telefonun alınması və necə saxlanılması da maraqlı məsələdir. Vətəndaş ən azı bilməlidir ki, alınan telefonuna kənar müdaxilə olmayacaq.
Bir sözlə, telefonun alınması məsələsi qanunla tənzimlənmir. Bu sadəcə daxili qaydadır. Amma bu da əsaslandırılmalıdır. Əgər kimsə bunu əsaslandırmırsa bu da yolverilməzdir. Mən bütün hallarda vətəndaşdan telefonun alınmasına normal baxmıram”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO