Mədəniyyət nazirinin vəzifələri həvalə olunan Adil Kərimli KİMDİR? – DOSYE 

Mədəniyyət nazirinin vəzifələri həvalə olunan Adil Kərimli KİMDİR? – DOSYE 

Hazırda oxunan: Mədəniyyət nazirinin vəzifələri həvalə olunan Adil Kərimli KİMDİR? – DOSYE 

111026

Xəbər verdiyimiz kimi, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.

Bizim.Media xəbər verir ki, Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb.

2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib


Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

“Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

A.Kərimli 1979-cu il təvəllüdlüdür. 1999-cu ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO