Bəxtiyar Hacıyevlə bağlı aksiya çağırışlarına DİN-dən REAKSİYA

Bəxtiyar Hacıyevlə bağlı aksiya çağırışlarına DİN-dən REAKSİYA

Hazırda oxunan: Bəxtiyar Hacıyevlə bağlı aksiya çağırışlarına DİN-dən REAKSİYA

111019

Bakıda bir qrup şəxs Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırışlar edib.

Bizim.Media xəbər verir ki, onların aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilib.

Bildirilib ki, sözügedən yerdə aksiya məqsədəmüvafiq deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı məsələyə aydınlıq gətirib.

O, “Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?” sualına belə cavab verib:

“Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək”.

Ehsan Zahidovun sözlərinə görə, kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır:

“ Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO