Yunanıstan Belarusla hava məkanını qarşılıqlı bağladı – Yalnız bu halda… 

Yunanıstan Belarusla hava məkanını qarşılıqlı bağladı – Yalnız bu halda… 

Hazırda oxunan: Yunanıstan Belarusla hava məkanını qarşılıqlı bağladı – Yalnız bu halda… 

110914

Yunanıstan Belarusdan bu ölkəyə aviasiya uçuşları üçün öz hava məkanını bağlayıb və Belarusa uçuşları da qadağan edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda qərarın fotosunu Yunanıstan Mülki Aviasiya İdarəsi paylaşıb. 

Məlumata görə, Yunanıstana aid aviadaşıyıcılar və təyyarə kapitanları təhlükəsiz uçuşu təmin etmək üçün Belarus hava məkanından istifadə zəruri hesab edilmədiyi halda həmin regiona uçmamalıdır. 

Həmçinin Avropa İttifaqına uçan xarici aviadaşıyıcılara Belarus hava məkanına daxil olmamaq tövsiyə olunub. Bu, 21 dekabr 2022-ci il saat 08:14-dən 21 mart 2023-cü il saat 23:59-a qədər etibarlı hesab olunur. 

Həmçinin qeyd edilib ki, Belarusa məxsus aviadaşıyıcılar tərəfindən idarə olunan təyyarələrin eyni müddət ərzində Yunanıstan Respublikasının ərazisinə enməsi, havaya qalxması və ya onun üzərindən uçması qadağandır. Bu qərar yalnız fövqəladə hallar, humanitar və tibbi məqsədli uçuşlar həyata keçirən təyyarələr üçün istisna edilib. 
Yunanıstanın Mülki Aviasiya İdarəsinin bu addımı atması Belarusun Ukraynadakı hərbi əməliyyatlarda mümkün iştirakı ilə bağlı artan narahatlıqla bağlıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO