ABŞ Ukraynaya ilk dəfə “Patriot” raketləri verəcək

ABŞ Ukraynaya ilk dəfə “Patriot” raketləri verəcək

Hazırda oxunan: ABŞ Ukraynaya ilk dəfə “Patriot” raketləri verəcək

110800

ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Bizim.Media Associated Press agentliyinə istinadən xəbər verir ki, yeni yardım paketinin bu gün elan olunacağı gözlənilir. 

Buraya, həmçinin yüksək dəqiqliyə malik “Joint Direct Attack” bombaları, minlərlə artilleriya və minomyot mərmiləri, yük avtomobilləri və hava-yer sinfindən olan HARM raketləri daxildir.

“Patriot” zenit raket komplekslərinin Ukraynaya veriləcəyi dəqiq tarix bəlli deyil, belə ki, ukraynalı hərbçilər həmin sistemləri idarə etmək üçün təlim keçməlidir. Almaniyanın “Grafenwohr” poliqonunda keçiriləcək təlimlərin bir neçə həftə davam edəcəyi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO