Əfqanıstanda qızların universitetdə oxuması rəsmən qadağan edildi

Əfqanıstanda qızların universitetdə oxuması rəsmən qadağan edildi

Hazırda oxunan: Əfqanıstanda qızların universitetdə oxuması rəsmən qadağan edildi

110766

Əfqanıstanın Ali Təhsil Nazirliyi qızların orta məktəbdə təhsil almalarına qadağa qoyulduqdan sonra onların universitetə   getməsinin də rəsmən qadağan edildiyini açıqlayıb. 

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib. 

Əfqanıstanın bütün dövlət və özəl universitetlərinə təqdim edilən qərarda deyilir: 

“Nazirlər Şurasının qərarına əsasən, qızların təhsili ikinci əmrə qədər dayandırılıb, xahiş edirəm, nazirliyə ən qısa zamanda təminat verin”. 

Qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərdə iştirak edə bilərdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO