Tanınmış məşqçini qətlə yetirən arvadının istintaqı YEKUNLAŞDI

Tanınmış məşqçini qətlə yetirən arvadının istintaqı YEKUNLAŞDI

Hazırda oxunan: Tanınmış məşqçini qətlə yetirən arvadının istintaqı YEKUNLAŞDI

110749

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media Apa.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevın icraatına verilib.

Qeyd edək ki, hadisə sentyrabrın 2-də Xətai rayonu ərazisində qeydə alınıb.

Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Onu da qeyd edək ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir.

O, “Sərhədçi” idman kompleksində çalışırmış.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO