Avropa İttifaqı yenidən sərhədimizə gəlir – Qlobal toqquşmaların regional TƏSİRLƏRİ

Avropa İttifaqı yenidən sərhədimizə gəlir – Qlobal toqquşmaların regional TƏSİRLƏRİ

Hazırda oxunan: Avropa İttifaqı yenidən sərhədimizə gəlir – Qlobal toqquşmaların regional TƏSİRLƏRİ

110674

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell dekabrın 19-da Ermənistana uzunmüddətli missiyanın göndəriləcəyini elan edib. 

“40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli oldu və etimadın formalaşmasına töhfə verdi. Bu gün biz Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayırıq və bu, mümkün olan vəziyyətə zəmin hazırlayacaq keçid qrupu ilə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda davamlı sülhə töhfə verməkdir”, - deyə Borrell qeyd edib.

Aİ rəsmisi uzunmüddətli missiyanın keçid dövrü planlaşdırılması üçün nəzərdə tutulduğunu vurğulayıb.

Bəs, Aİ-nin sərhədimizə uzunmüddətli monitorinq qrupu göndərməkdə məqsədi nədir?

Mövzunu Bizim.Media üçün şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, regionda baş verən hər bir proses qlobal aktorlararası toqquşmaların bölgəyə siraət edən təsirləridir:

“Rusiya-ABŞ, Rusiya-Avropa, Qərb-Çin, Anqlosakson-Çin, Atlantik-Sakit Okean və digər qarşıdurmalar buna örnəkdir. Bu toqquşmaların tərkib hissəsi kimi, Avropa İttifaqının Rusiyanın olduğu maraq zonalarına nüfuzetmə siyasəti gedir. Elə bu günlərdə Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiyalar paketini qəbul etdi.

Bir müddət öncə Praqa görüşünün nəticəsi olaraq bölgəyə missiyanın göndərilməsində məqsədlərdən biri də Qərbin istədiyi sülhün bağlanması və Rusiyanın bu sülhə mane olmaq cəhdlərinə qarşı model yaratmaq idi. Lakin həmin missiyanın bəlli müddəti var idi.

Ümumilikdə isə, Qərb, Avropa İttifaqı hərbi baxımdan bölgəyə, Ermənistana daxil olmaq istəyir. Çünki Ermənistan hərbi cəhətdən Rusiyanın tabeliyindədir. Uzunmüddətli monitorinq missiyasının göndərilməsi də məhz Aİ-nin Rusiya ilə maraq toqquşmalarından irəli gəlir”.

Ekspert qlobal savaşların regionumuza mümkün təsirlərini də dəyərləndirib:

“Bizim üçün bu qlobal savaşın ən qısa zamanda dayanması arzuolunandır. Çünki qlobal güclərin mübarizəsi fonunda bizim öz maraqlarımızı necə müdafiə edəcəyimiz məsələsi də olduqca qəlizdir. Ən azı Ukrayna nümunəsi göz önündədir.
Ona görə də maksimum şəkildə müharibəyə səbəb yaradacaq vasitələrdən kənarda dayanmaq lazımdır.

Lakin nə Avropa İttifaqı, nə də Rusiya dayanmır. Onlar müxtəlif cəbhələrdə qarşı-qarşıya gəlirlər. Çalışmaq lazımdır ki, hələlik yumşaq güc diplomatiyası, yumşaq formada da davam etsin”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO