Kərim valideynləri ilə qardaşının məzarı üstündə AĞLADI - VİDEO 

Kərim valideynləri ilə qardaşının məzarı üstündə AĞLADI - VİDEO 

Hazırda oxunan: Kərim valideynləri ilə qardaşının məzarı üstündə AĞLADI - VİDEO 

110659

Müğənni Kərim Abbasov paylaşımı ilə izləyicilərini kövrəldib.  

Bizim.Media xəbər verir ki, sənətçi 2 il əvvəl dünyasını dəyişən anası Səkinə Abbasovanın doğum günü ilə bağlı qəbrinstalığa yollanıb.  

Kərim anasının, 3 il əvvəl 73 yaşında vəfat edən atası Fətula Abasovun və onlarla eyni sırada, yanlarında dəfn olunan qardaşının məzarını ziyarət edib.  

Həmin anları isə müğənni sosial şəbəkə hesabında paylaşıb.  

Görüntülərdə Kərim Abbasov “Əziz anam doğum günün mübarək. Allah günahlarını bağışlasın. Bu gün sənin doğum günündür. Gəldim səni təbrik etməyə. Ata sən nəfəsim olmusan.

Əziz, doğma qardaşım. Ana, ata, qardaşım Allah sizə rəhmət eləsin” sözlərini dilə gətirib.

Qeyd edək ki, Kərim ilə Təranənin Yusif adında bir oğlan övladı var.

Müğənni daha əvvəlki müsahibələrində “qardaşımı itirəndə mən faciə yaşadım, ölümlərdən qayıtdım. Belə cavan yaşında birini itirmək çətindir.
Artıq 15 ildir yoxdur. 4 dost bir avtomobildə qəzaya düşdülər, hamısı dünyasını dəyişdi. Kim deyir ki, kişilər ağlamaz, boş söhbətdir. Hamımızın kövrələn günləri olur. Ürək boşalmalıdır” deyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO