Təbrizdə daha üç azərbaycanlı həbs edildi - FOTO

Təbrizdə daha üç azərbaycanlı həbs edildi - FOTO

Hazırda oxunan: Təbrizdə daha üç azərbaycanlı həbs edildi - FOTO

110614

Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi Əmir Haşempuru 2 il, Ümid Haşempuru 6 ay, Şəmsəddin İsmayılzadəni isə 9 ay müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Ümummilli etirazlarda həbs olunan həmin üç nəfər hələ də Təbriz həbsxanasında saxlanılır.

Qeyd edək ki, bu il sentyabrın ortalarında Ümid Haşempur İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz zindanına aparılıb.

Bir müddət sonra onun qardaşı Əmir Haşempur və həyat yoldaşı Zəhra İskəndəri Təbriz polisinə çağırıldıqdan sonra həbs edilib. Şəmsəddin İsmayılzadə də sentyabrın sonunda həbs olunub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO