Aksiyanın 7-ci günü: Yeni könüllülər Laçın-Xankəndi yoluna gəldilər - FOTO

Aksiyanın 7-ci günü: Yeni könüllülər Laçın-Xankəndi yoluna gəldilər - FOTO

Hazırda oxunan: Aksiyanın 7-ci günü: Yeni könüllülər Laçın-Xankəndi yoluna gəldilər - FOTO

110266

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası yeddi gündür davam edir.

Bizim.Media xəbər verir ki, dekabrın 18-də yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gəliblər. Onlar aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO