Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO

Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO

Hazırda oxunan: Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO

11026

Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olduqdan sonra Xudafərin körpüsünə yola düşüblər.

Bizim.Media xəbər verir ki,  işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar Xudafərin körpüsünün yerləşdiyi ərazidə olublar.
 

MÖVZU İLƏ BAĞLI:

İranla Azərbaycan vacib məsələ ilə bağlı razılaşdı - DETALLAR


Xarici diplomatlara Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO