Roma Papası eyni cinsli ailələrə dəstək verdi

Roma Papası eyni cinsli ailələrə dəstək verdi

Hazırda oxunan: Roma Papası eyni cinsli ailələrə dəstək verdi

1102

Roma Papası Françisk eyni cinsli cütlüklərin vətəndaş birliyində yaşaya biləcəyini söyləyib. Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

“Homoseksual insanların ailədə olma hüququ var. Tanrının övladlarıdır və bir ailədə yaşamaq haqqı var. Heç kim bu səbəbdən xaric edilməməli və ya əziyyət çəkməməlidir. Vətəndaş birliyi haqqında qanunlar qəbul etməliyik. Beləliklə, onlar qanuni olaraq qorunacaqlar” - deyə Papa bildirib.

Bundan əlavə, o, “Buenos Ayresin Baş yepiskopu olduğu dövrdə, eyni cinsli nikah qanununu dəstəkləməsə də, vətəndaş ittifaqları ilə bağlı qanunvericilik dəyişikliklərini dəstəklədiyinə” işarə edib.

Vatikan 2003-cü ildə İnam Doktrini Cəmiyyəti homoseksual insanlara hörmətin heç bir şəkildə homoseksual davranışın təsdiqlənməsinə və ya eyni cinsli birliklərin qanuni tanınmayacağını bildirmişdi. Katolik Kilsəsinin mövcud doktrinasına görə, homoseksuallıq “pis davranış” sayılır.Bütün bunlara rəğmən Papanın homeksesual ailələrə dəstək hərəkəti başa düşülmür və ictimaiyyət arasında şübhələr yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO